فئورالین 27 (ایسفندین 8) خوجالی سوی
قیریمینین ایل دونومو ایله باغلی ایسوئچین گوتنبورگ شهرینده اعتراض
آکسیاسی دوزنلندی.
گونئی
آذربایجان دموکرات پارتیاسی (GADP) و گونئی آذربایجان
میللی اویانیش حرکاتی ( (GAMOHتشکیلاتچیلیغی ایله گرچکلشن بو سانباللی
میتینگده گونئی و قوزئی آذربایجانلی وطنداشلاریمیزلا یاناشی تورکیه و
تورکمن سوی داشلاریمیز دا قاتیلمیشدیلار. میتینگ ده گونئی و قوزئی
آذربایجان بایراقلاری ایله برابر چئشیدلی پانکاردلار و
یازیلار اشتیراکچیلار طرفیندن نوماییش ائتدیریلدی. بو یازیلاردا
ارمنیستانین تجاووزکارلیغی، هابئله تورتدیکلری جینایتلر قیناندی.
گوتنبرگ-ین
مرکزینده کئچیریلن آکسیادا ارمنستان و اونون دستکچی لری اوزللیک له ایران
فارس رژیمی علیهینه شعارلار سسلندی.
آکسیانین سونوندا
حاضیرلانمیش قطعنامه اوخونولدو وایشتیراکچی لار آراسیندا خوجالی سوی قیریمی
حاقدا ائرمنی لرین اعترافلاری یایینلاندی.
Xocalı Soyqırımı ilə Bağlı İsveçdə
Keçirilən Etiraz Mitinginin Qətnaməsi
Xocalı soyqırımı bəşəriyyət tarixinin ən dəhşətli faciəlrindən
olaraq, quzey azerbaycanin Qarabağ bolgəsinin işqalı surəcində
ərmənistan silahlı quvvələrinin əli ilə törədilmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Ermənistan silahlı qüvvələri rusiyanin 366-cı hərbi alayının zirehli texnikası və hərbi
heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl,
fevralın 25-i axşam şəhər ağır silahlarla şiddətli atəşə tutularaq,
fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü.
Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfərdən 613-ü qətliam
olundu. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq
idi. 1275 azərbaycan türkü əsir və 150 nəfər itkin düşdü.
Güney Azərbaycan demokrat partisi (GADP) ve güney azərbaycan
milli oyanış hərəkatı (GAMOH)-un təşkilatçılığı ilə İsveç- Göteborg
da düzənlənən miting iştirakçıları olaraq ;
- 20 fayz torpaqlarimizin Ermənistan
tərəfindən işqal edilməsini şiddətlə qınayaraq, quzey azərbaycan
hakimiyyəti və xalqından işqal olunmuş torpaqlarımızın azadlığı uğrunda
hər tür mubarizəyə hazır və aktiv olmaqlarını istəyirik.
- Qarabaq savaşı surəcində
Ermənistan silahlı quvvələr tərəfindən sivil insanlarımız üzrə
törədilmiş cinayətləri o cümlədən 20-ci əsrin ən acı facıələrindən olan
xocalı soyqırımını məhkum edərək bu cinayətlərin amillərinin
yarqilanmasını istəyirik.
- Birləşmiş Millətlər Təşkilatı
(BMT) ermənilərin işqal etdiyi ərazilərdən çıxması barədə 4 qətnamə
qəbul etmişdir. Lakin bu qətnamələr bu günə qədər icra olunmamışdır. Bu
arada atət minsk qurupunun zaman zaman torpaqlarımızın azadlığına qarşı
bir sira şərtlərlər kəsməsini qinayraq, Azərbaycanın işğal olunmuş
ərazilərindən işğalçı erməni silahlı qüvvələrinin qeyri-şərtsiz
çıxmaları tələb edirik.
- iran fars rejimi və rusiya
işqalçı Ermənistanı azərbaycan ərazisinə təcavüzdə siyasi və nizami
dəstəkləmələrini qınayırıq. Adı gələn dövlətlər və sayir batı ölkələrdən
işqalçı ermənistandan ilişkilərini kəsməklərini
istəyirik.
- Son zamanlarda qardaş ölkə
türkiyədə olan iqtidarın ermənistanla ilişki qurması söz qonusu
olmuşdur. Bildririk ki; madam ki işqal olunmuş torpaqlarımız azad
olmayibdır, her ilişki türklüyümüzə xiyanətdir deyə azərbaycan
millətinin yaddaşından silinməyəcəkdir.
-
Qarabağ
və güney azərbaycanın azadlığı uğrunda durmadan, yorulmadan
döyüşəcəyimizə şərəf və namusumuz üzrə and içirik.
Qarabağ bizimdir, bizim olacaq
Gothenburg- İsveç
27-fevral-2010
27-fevral-2010
27-fevral-2010



